image-6666backend

Rusiya mediasından ŞOK İDDİA: Putinin ən yaxın dostu İsrailə qaçıb

Rusiya rəhbəri Vladimir Putinin yaxın adamlarından sayılan oliqarx Aleksandr Xloponin öz şəxsi təyyarəsi ilə İsrailə qaçıb.

Alp.az xəbər verir ki, bu barədə internetdə yayılan müstəqil Rusiya KİV-ləri məlumat yayıb. Qeyd olunur ki, A. Xloponin 2001-2002- ci illərdə Taymır Muxtar Vilayətinin, 2002- 2010- cu illərdə Krasnodar diyarının qubernatoru olub. 2010-cu ildə V.Putin tərəfindən Rusiya Baş nazirinin müavini təyin edilib, 2018-ci ilə qədər bu vəzifəni tutub.
Xloponin daha sonra dövlət vəzifəsi tutmasa da, özəl sektorda ən varlı şəxslərdən birinə çevrilib. Paralel olaraq Rusiya hökuməti yanında Maliyyə Universitetinin rektoru təyin edilib.

Rusiya saytları yazır ki, o, bu il aprelin 17- də, gecə saatlarında İsrailə qaçıb. Xloponinin bir müddət əvvəl İsrail vətəndaşlığı əldə etdiyi də bildirilir.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki