image-guterres-2153562_1backend

“Terror təşkilatı PKK-nın ləğv və tərksilah qərarını alqışlayırıq”

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin terror təşkilatı PKK-nın ləğv və silahı yerə qoyma qərarını alqışladığı öyrənilib.
Elchi.az xəbər verir ki, BMT-nin sözçüsü Stephane Dujarric gündəlik mətbuat brifinqində “Baş katib terror təşkilatı PKK-nın ləğvi və tərksilah edilməsi qərarını alqışlayır” deyib.
Düjarrik Quterreşin terror təşkilatı PKK-nın elan etdiyi qərarın həyata keçiriləcəyi təqdirdə, uzun müddətdir davam edən münaqişənin həlli istiqamətində “daha ​​bir mühüm addım” olacağına inandığını bölüşüb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki