image-89uytrebackend

Dmitri Peskov: Rusiya “Boeing” qəzası ilə bağlı çıxarılan nəticələri qəbul etmir

Moskva 2014-cü ildə Malayziyanın “Boeing” təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyanın məsuliyyət daşıması barədə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) nəticələrini qəbul etmir.

Elchi.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov aviaqəzaya görə Rusiyanı günahlandıran Beynəlxalq Mülki Aviasiya Təşkilatı Şurasının qərarını şərh edərkən bildirib.

“Mövqeyimiz yaxşı məlumdur: Rusiya bu hadisənin araşdırılmasında iştirak edən ölkə olmayıb, ona görə də biz hər hansı qərəzli nəticələri qəbul etmirik”, – o vurğulayıb.

Bildirək ki, “Malaysia Airlines” aviaşirkətinin Amsterdam (Niderland) – Kuala-Lumpur (Malayziya) reysini yerinə yetirən “Boeing-777” təyyarəsi Ukraynanın hava məkanı üzərində vurulub. Təyyarədə olan 298 nəfərin hamısı həlak olub.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki