image-misirbackend

Misir İsrailə səfir təyin etməmək qərarına gəlib

Misirin Qəzza zolağına qarşı hərtərəfli hücum və daimi işğal planına görə İsrailə səfir təyin etməmək qərarına gəldiyi bildirilib.
Elchi.az xəbər verir ki, Misir Xarici İşlər Nazirliyindəki mənbə “Yedioth Ahronot” qəzetinə bildirib ki , genişmiqyaslı hücum və Qəzza zolağında İsrail təhlükəsizlik kabinetinin təsdiq etdiyi daimi işğal planına görə heç bir səfir təyin edilməyəcək.
Həmçinin qeyd olunub ki, Misir Xarici İşlər Nazirliyi İsrailin 5 ay əvvəl Qahirəyə səfir təyin etdiyi Uri Rotmanın etimadnaməsini hələ də təsdiq etməyib.
Mayın 5-də İsrailin təhlükəsizlik kabineti Qəzzaya hücumların genişləndirilməsi planını təsdiqləyib. Plana Qəzzada daha çox ərazinin işğalı və “bufer zonaları”nın genişləndirilməsi daxildir. Plana həmçinin İsrail ordusunun işğal olunmuş ərazilərdən çıxarılmaması və fələstinlilərin Qəzzanın cənubuna köç etməyə məcbur edilməsi daxildir.
Misir Xarici İşlər Nazirliyindəki mənbə “Yedioth Ahronot” qəzetinə bildirib ki , genişmiqyaslı hücum və Qəzza zolağında İsrail təhlükəsizlik kabinetinin təsdiq etdiyi daimi işğal planına görə heç bir səfir təyin edilməyəcək.
Həmçinin qeyd olunub ki, Misir Xarici İşlər Nazirliyi İsrailin 5 ay əvvəl Qahirəyə səfir təyin etdiyi Uri Rotmanın etimadnaməsini hələ də təsdiq etməyib.
Mayın 5-də İsrailin təhlükəsizlik kabineti Qəzzaya hücumların genişləndirilməsi planını təsdiqləyib. Plana Qəzzada daha çox ərazinin işğalı və “bufer zonaları”nın genişləndirilməsi daxildir. Plana həmçinin İsrail ordusunun işğal olunmuş ərazilərdən çıxarılmaması və fələstinlilərin Qəzzanın cənubuna köç etməyə məcbur edilməsi daxildir.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki