İqlim dəyişikliyi dünyada ən çox istehlak edilən meyvə olan bananın gələcəyini təhdid edir. Christian Aid-in yeni hesabatına görə, Latın Amerikası və Karib dənizində banan yetişdirilən ərazilərin təxminən 60 faizi 2080-ci ilə qədər məhsul yetişdirmək üçün yararsız ola bilər.
Elchi.az xəbər verir ki, hesabatda yüksələn temperatur, ekstremal hava hadisələri və iqlimlə əlaqədar zərərvericilərin Qvatemala, Kosta Rika və Kolumbiya kimi əsas istehsalçı ölkələrdə banan istehsalına mənfi təsir göstərdiyi və bu vəziyyətin kənd yerlərində də dolanışıq vasitələrini təhdid etdiyi bildirilib.
Dünyada ən çox istehlak edilən meyvə olan banan buğda, düyü və qarğıdalıdan sonra dördüncü ən vacib qida məhsulu hesab olunur.
Qlobal istehsalın təxminən 80 faizi yerli istehlak üçün olduğu halda, 400 milyondan çox insan gündəlik kalori ehtiyaclarının 15-27 faizini bananın qida dəyərindən qarşılayır.
Şayəstə Hüseynova