Avropa İttifaqı (Aİ) baş qərargah rəislərinin görüşü mayın 15-də Brüsseldə keçiriləcək.
Elchi.az TASS-a xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
“Aİ-nin Hərbi Komitəsinin baş qərargah rəisləri səviyyəsində iclası mayın 15-də Brüsseldə Hərbi Komitənin rəhbəri general Robert Brigerin sədrliyi ilə keçiriləcək”, – məlumatda qeyd olunub.
NATO baş qərargah rəislərinin görüşündə Avropanın Kiyevə hərbi yardımının artırılması imkanları və Avropa ölkələrinin hərbi planlarının alyans ölkələrinin hərbi xərclərinin hazırkı 2 %-dən 2032-ci ilə qədər 5 %-ə qaldırılmasına uyğunlaşdırılması müzakirə ediləcək.
Qeyd olunur ki, Avropa Komissiyasının təklif etdiyi və 2030-cu ilə qədər Avropa ölkələrinin döyüş hazırlığının artırılmasını nəzərdə tutan strategiya çərçivəsində Aİ ölkələrinin institutları və silahlı qüvvələri ilə bağlı islahatların aparılması görüşün əsas mövzusu olacaq.
Xavər