image-thumbs-b-c-eb067f1ca655eec375522bb8ebabb653backend

İsrailin xarici işlər naziri Saar Yaponiyaya rəsmi səfər edib

İsrailin xarici işlər naziri Saar Yaponiyaya rəsmi səfər edib.
Elchi.az xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Saar Tokioda yaponiyalı həmkarı İwaya Takeşi ilə görüşündən sonra mətbuata açıqlama verib.
Son 15 ildə Yaponiyaya səfər edən ilk İsrail xarici işlər naziri olduğunu deyən Saar, iqtisadiyyat, müdafiə, innovasiya, elm, texnologiya və xalqlar arasında əlaqələr sahələrində ikitərəfli əlaqələri inkişaf etdirməyi hədəflədiklərini ifadə edib.
Ölkəsinin Qəzzada 19 aydır davam edən və təxminən 53 min insanın həyatına son qoyan hücumlarda HƏMAS-ı günahlandıran Saar Yaponiyaya 7 oktyabr hücumlarını pislədiyi və İsrailə verdiyi dəstək bəyanatlarına görə təşəkkür edib.
İsrailin xarici işlər naziri Saar ABŞ-ın Qəzzaya humanitar yardım paylamaq planını dəstəklədiklərini bildirib və beynəlxalq ictimaiyyəti bu təşəbbüsü dəstəkləməyə çağırıb.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki