image-thumbs-b-c-16ffaa1ecd6d9aa0cfd9bb456d581e5cbackend

İranda havanın çirklənməsi səbəbindən hər il təxminən 50 min uşaq ölür

İranın səhiyyə naziri Məhəmməd Rza Zəfərkəndi ölkədə havanın çirklənməsi səbəbindən hər il təxminən 50 min uşağın həyatını itirdiyini bildirib.
xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə , Zəfərkəndi paytaxt Tehranda Şəhid Beheşti Universitetinin Tibb Fakültəsində keçirilən proqramda çıxış edib.
Zəfərkəndi, “Ölkədə hər il təxminən 50 min uşaq hava çirkliliyi səbəbindən həyatını itirir” – deyib.
Cəmiyyətin bu məsələdən xəbərdar edilməsinə ehtiyac olduğunu vurğulayan Zəfərkəndi, “Səhiyyə sahəsində bütün maraqlı tərəflər, xüsusilə tibb fakültələri ilk növbədə əhalinin sağlamlıq savadını artırmalıdır. Bu yolla hava çirkliliyi və hər il 30 min insanın ölümünə səbəb olan yol qəzaları kimi ətraf mühit faktorlarının təsiri azaldıla bilər” – deyib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki