image-6822e7e1bcdf76822e7e1bcdf817471180496822e7e1bcdf56822e7e1bcdf6backend

Türkiyənin müdafiə naziri Azərbaycana səfər edib

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycana səfər edib.

Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, ilk olaraq Yaşar Güləri Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib. Qəbulda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov da iştirak edib.

Yaşar Gülər görüş zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Azərbaycan dövlət başçısına çatdırıb.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki