ABŞ prezidenti Donald Tramp cümə axşamı “böyük və hörmətli ölkə” ilə ticarət müqaviləsi imzalayacaqlarını açıqlayıb.
ABŞ prezidenti Tramp “Truth Social” hesabında cümə axşamı səhər yerli vaxtla saat 10:00-da mətbuat konfransı keçirəcəyini açıqlayıb.
“Sabah səhər saat 10:00-da Oval Ofisdə böyük və hörmətli bir ölkənin nümayəndələri ilə böyük ticarət razılaşması ilə bağlı mətbuat konfransı olacaq. Bu, daha bir çox müqavilələrdən ilki olacaq”, – Tramp bildirib.
Digər tərəfdən Amerika mətbuatında əks olunan xəbərlərdə sözügedən ölkənin İngiltərə olduğu iddia edilib.
Şayəstə Hüseynova