Cənubi Koreya və Yaponiya Şimali Koreyanın Yapon dənizinə doğru qısa mənzilli ballistik raket atdığını açıqlayıb.
Elchi.az xəbər verir ki, Şimali Koreya raket sınaqları keçirib, Yonhap xəbər agentliyi Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin bəyanatına istinadən xəbər verir.
Yerli vaxtla 08:10-09:20 arasında ölkənin şərqindəki Vonsan bölgəsindən bir neçə qısa mənzilli ballistik raket buraxılıb.
Şimal-şərq istiqamətində hərəkət edən və maksimum 100 kilometr hündürlüyə çatan raketlər havada təxminən 800 kilometr yol qət edərək Yapon dənizinə düşüb.
Cənubi Koreya Baş Qərargahı raket əleyhinə müşahidə fəaliyyətlərinin və ABŞ və Yaponiya ilə yaxından məlumat mübadiləsinin davam etdiyini qeyd edib.
Yaponiya Müdafiə Nazirliyi həmçinin bütün raketlərin milli Eksklüziv İqtisadi Zonadan (EEZ) kənara düşdüyü təxmin edildiyini açıqlayıb.
ABŞ ordusundan qınaq
ABŞ-ın Hind-Sakit Okean Komandanlığı (INDOPACOM) Şimali Koreyanın son ballistik raket sınaqlarını pisləyib.
INDOPACOM-un Şimali Koreyanın son ballistik raket sınaqları ilə bağlı bəyanatında deyilir: “Birləşmiş Ştatlar bu hərəkətləri pisləyir və Şimali Koreyanı qeyri-qanuni və sabitliyi pozan hərəkətlərdən çəkinməyə çağırır”. ifadəsindən istifadə edilib.
Bəyanatda bildirilir ki, raket sınaqları ABŞ hərbi personalı, onun ərazisi və ya bölgədəki müttəfiqləri üçün “təhdid” yaratmayıb.
Şayəstə Hüseynova