image-heli-2358283_1backend

Hindistanda helikopter qəzaya uğrayıb, 5 nəfər ölüb

Hindistanın Uttarxand ştatında helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb.
Elchi.az xəbər verir ki, “India Today”in məlumatına görə, şəxsi helikopter yerli vaxtla səhər saat 9 radələrində Uttarkaşi rayonundakı Qanqanani İsti Bulaqları yaxınlığında qəzaya uğrayıb.
Hadisə nəticəsində 5 nəfər həyatını itirib, biri ağır olmaqla 2 nəfər yaralanıb.
Uttarakhand əyalətinin baş naziri Puşkar Sinq Dhami verdiyi açıqlamada helikopterin qəzaya uğramasının səbəblərinin araşdırılmasına göstəriş verdiyini bildirib.
Bildirilib ki, hadisə xüsusi məqsədlər üçün istifadə edilən yeddi nəfərlik helikopter Qanqotriyə gedərkən baş verib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki