image-gazze-cocuk-2348738_1backend

Qəzzada uşaqlar qida çatışmazlığından görmə qabiliyyətini itirirlər

Soyqırımçı İsrailin Qəzzaya yardım axınını tamamilə əngəlləməsi bölgədə yaşayan təxminən iki milyon insanın aclıq kimi şəraitlə üzləşməsinə səbəb olub. Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) məlumatına görə, ilin əvvəlindən ən azı 9 min uşaq kəskin qida çatışmazlığından müalicə olunub.
Elchi.az xəbər verir ki, Qəzzanın şimalındakı Əl-Avda Xəstəxanasında çalışan qastroenteroloq və qidalanma mütəxəssisi Dr. Raed Əl-Baba, hər gün 100-ə yaxın uşaq müalicə etdiklərini və onların əksəriyyətinin aclıq səbəbindən xəstəxanaya gətirildiyini söylədi.
“Əksər hallarda bir aylıq və iki yaş arasında olur. Bir çox uşaqlarda inkişaf geriliyi olur, ishal və anemiya çox yaygındır. Bu, raxit, əyilmiş ayaq və hərəkət qabiliyyətinin itirilməsinə səbəb olur. Görmə pozğunluqları da tez-tez rast gəlinir”, – Əl-Baba deyib.
Ərzaq qiymətləri 10 dəfə artıb, əsas ərzaq məhsullarına çıxış demək olar ki, mümkün deyil
Qəzzadakı ailələr deyirlər ki, əsas ərzaq təchizatı çətinləşib və qiymətlər ən azı 10 dəfə artıb. 25 kq xarab unun qiyməti 220 funt sterlinq, 1 kq düyü isə 8 funt sterlinqdir. Ət məhsulları tamamilə mövcud deyil. Bu vəziyyət bəzi yerlərdə talanlara da səbəb olub. Silahlı şəxslərin yardım paylama mərkəzlərinə basqın etdiyi bildirilir.
Ümumdünya Ərzaq Proqramı (WFP) keçən ay Qəzzada bütün ərzaq ehtiyatlarının tükəndiyini və dəstəklədiyi 25 çörək sexinin hamısının bağlandığını elan etdi.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki