Aprelin 11-də Üzeyir Hacıbəylinin ev-muzeyində görkəmli bəstəkarın 140 illik yubileyi ilə əlaqədar təşkil olunan silsilə tədbirlər çərçivəsində növbəti tədbir keçirilib.
Elchi.az xəbər verir ki, proqram çərçivəsində Beynəlxalq Muğam Mərkəzi nəzdində fəaliyyət göstərən Cahangir Cahangirov adına xor kollektivi çıxış edib.. Xorun bədii rəhbəri, əməkdar müəllim Təranə Yusifovanın rəhbərliyi ilə təqdim olunan proqram tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Qeyd edək ki, tədbirdə səsləndirilən musiqi nömrələri arasında “Leyli və Məcnun” operasından kompozisiya, “O olmasın, bu olsun” operettasından duetlər, “Arşın mal alan” operettasından əsərlər, xalq mahnıları və bəstəkarın digər ölməz əsərləri yer alıb.