image-8faa42d0-6f27-3bbe-be27-f6ee4a056f6f_850backend

Hulusi Akar: Azərbaycan və Türkiyə müdafiə sahəsində birgə çalışmalıdır

Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması işləri davam etdirilir.

Elchi.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komitəsinin sədri Hulusi Akar parlamentdə jurnalistlərə açıqlamasında deyib.

Komitə sədri xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini dəstəkləyir:

“Onun dediyi kimi, artıq “bir millət, iki dövlət” yox, “bir millət, üç dövlət”ik. Bundan əlavə, bir millət olmaqla yanaşı, həm də bir orduyuq. Hazırda tək ordu istiqamətində proses davam edir. Azərbaycan və Türkiyə müdafiə sahəsində birgə çalışmalıdırlar. Bunun üçün birlikdə hərbi təlimlər şərtdir”.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki