image-images-7backend

Xamenei: ABŞ-la danışıqlar ölkədəki problemlərin həlli deyil!

İran lideri Ayətullah Əli Xamenei bəyan edib ki, ölkənin problemlərinin həlli ABŞ-la danışıqlara bağlanmamalıdır.
Elchi.az xəbər veriri ki, Xamenei paytaxt Tehrandakı iqamətgahında yüksək səviyyəli rəsmiləri qəbul etdiyi toplantıda çıxış edib.
ABŞ-la danışıqlarla bağlı ilk açıqlamasını verən Xamenei, “ABŞ ilə danışıqlar Xarici İşlər Nazirliyinin çoxsaylı diplomatik səylərindən sadəcə biridir. Ölkənin problemləri bu danışıqlardan asılı olmamalıdır, Berjamdakı səhvlər (2015-ci ildə imzalanan və ABŞ-ın 2018-ci ildə birtərəfli qaydada sazişdən çıxdığı nüvə sazişi) təkrarlanmamalıdır”,- deyə bildirib.
“Danışıqlar bir nəticəyə gələ bilər də, olmaya da bilər. Biz bu danışıqlara nə çox optimist, nə də çox bədbin yanaşırıq, lakin qarşı tərəfə çox bədbin yanaşırıq”, – Xamenei bildirib.
İran lideri Asiya, Afrika və digər ölkələrdə qonşularla əlaqələrin və iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyini bildirib.
İran və ABŞ arasında danışıqlar prosesi
2018-ci ildə ölkəsini İranla nüvə sazişindən birtərəfli qaydada çıxaran ABŞ prezidenti Donald Tramp ötən ay İran lideri Ayətullah Əli Xameneiyə məktub göndərərək İranla birbaşa nüvə danışıqlarına çağırıb.
İran Oman vasitəsilə məktuba cavab verib.
Məktub trafikindən sonra aprelin 12-də İran və ABŞ Omanda dolayı danışıqlar aparıblar. Danışıqlar nəticəsində həm İran, həm də ABŞ tərəfləri danışıqların “müsbət və konstruktiv” olduğunu bəyan ediblər.
Tərəflər aprelin 19-da yenidən görüşəcəklərini açıqlayıblar.ABŞ mətbuatı danışıqların ikinci mərhələsinin İtaliyanın paytaxtı Romada keçiriləcəyini yazmışdı, lakin İran tərəfi məsləhətləşmələrdən sonra danışıqların yenidən Omanda aparılmasına qərar verildiyini açıqlayıb.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki