image-abd-den-yemen-deki-husi-hedeflerine-yeni-saldiri-303122backend

ABŞ Yəmənə hava zərbələri endirib

Yəməndəki husilər ABŞ-ın bu ölkəyə 5 hava hücumu təşkil etdiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Husilərin Müdafiə Nazirliyinə bağlı “26 Sentyabr Net” internet saytında yayımlanan xəbərdə ABŞ-ın ölkəyə endirdiyi hava zərbələri ilə bağlı məlumat verilib.
Bildirilib ki, Marib vilayətinin Əl-Abdiyah məntəqəsinə iki, Əl-Cəvf vilayətinin Əl-Cuhf, Əl-Qədir və Əl-Həzm şəhərlərinə üç hava zərbəsi endirilib.
ABŞ ordusunun ötən gecə Marib vilayətinin Raqvan və Medqal rayonlarına 15, Hudeyde vilayətində Qırmızı dənizdəki Kamaran adasına isə 6 hücum təşkil etdiyi bildirilib.
Bu hücumlar nəticəsində ölən və yaralananların sayı barədə məlumat verilməyib.
Yəmənə hava zərbələri endirilib
Husilər martın 7-də İsrailə yardımın Qəzzaya girməsinə icazə verməsi üçün 4 gün vaxt verdiklərini, əks halda İsrailə qarşı dəniz əməliyyatlarına yenidən başlayacaqlarını açıqlayıb.
ABŞ prezidenti Donald Tramp martın 15-də Truth Social platformasında verdiyi açıqlamada orduya Yəməndə husilərə qarşı “kütləvi hücum”a başlamaq göstərişi verdiyini bildirib.
Husilərin lideri Əbdül-Malik əl-Husi də ABŞ təyyarələri və döyüş gəmilərinin husilərin hədəfi olacağını və hücumlarını davam etdirdikcə, dəniz naviqasiyasındakı blokadaların Vaşinqtonu da əhatə edəcəyini bildirib.
ABŞ martın 15-dən bəri Yəmənə yüzlərlə hava hücumu həyata keçirsə də, husilər hücumlarda aralarında uşaq və qadınların da olduğu azı 123 mülki şəxsin həlak olduğunu, 247 nəfərin yaralandığını açıqlayıb.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki