image-50a17c89-e94b-3114-89c3-47b8528239c8_850backend

HƏMAS nümayəndə heyəti sabah Qahirəyə gedəcək

Fələstinin HƏMAS hərəkatının nümayəndələrinin Qəzza zolağında atəşkəslə bağlı məsləhətləşmələri davam etdirmək məqsədilə aprelin 12-də Misirə gələcəyi gözlənilir.

Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

HƏMAS-ın nümayəndə heyətinə hərəkatın Qəzzadakı lideri Xəlil əl-Həyya rəhbərlik edəcək. Planlaşdırılan məsləhətləşmələr barədə əlavə məlumat verilmir.

HƏMAS və Misir tərəfi “Al Hadath”ın məlumatını hələlik şərh etməyib.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki