image-download-2025-04-19t120825-499backend

Prezident 4 fərman imzaladı

11:44
Prezident İlham Əliyev “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 154-VIIQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Elchi.az fərmanın mətnini təqdim edir:
1. Müəyyən edilsin ki:
1.1. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-1.4-cü maddəsində, 4-1.1-ci maddəsinin birinci abzasında və 4-1.1.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 3.1-1.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.3. həmin Qanunun 4-1.1-ci maddəsinin birinci abzasında və 4-1.1.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. “e-mühasibat” informasiya sistemi haqqında əsasnaməni dörd ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-1.4-cü maddəsinə uyğun olaraq, büdcə təşkilatlarında mühasibat uçotunun elektron formada aparılması mərhələlərini üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 154-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
3.1. “e-mühasibat” informasiya sisteminin (bundan sonra − Sistem) formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görsün;
3.2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Sistemin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə Sistemin “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görsün.
4. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsinlər.
5. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 68 (Cild I); 2024, № 1, maddə 26, № 7, maddə 807) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
5.1. 2.1-ci bəndə “3.1-1.1-ci,” sözlərindən sonra “3.1-1.4-cü maddələrində, 4-1.1-ci maddəsinin birinci abzasında, 4-1.1.1-ci,” sözləri əlavə edilsin;
5.2. 2.2-2-ci bəndə “həmin Qanunun” sözlərindən sonra “3.1-1.4-cü maddəsində və” sözləri əlavə edilsin;
5.3. aşağıdakı məzmunda 2.2-3-cü bənd əlavə edilsin:
“2.2-3. həmin Qanunun 4-1.1-ci maddəsinin birinci abzasında və 4-1.1.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur;”.
***
Prezident İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 147-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. Müəyyən edilsin ki, “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun 12.0.20-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 147-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 44 (Cild I) 2.1-2-ci bəndi ləğv edilsin.
4. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 610 (Cild I); 2024, № 1, maddələr 24, 33, № 4, maddə 387, № 8, maddə 945) 2-ci hissəsinin yeddinci abzasından “51-1.2-ci maddəsində,” sözləri çıxarılsın.
5. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 yanvar tarixli 183 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 17 (Cild I); 2024, № 12 (II kitab), maddə 1354) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
5.1. 2.2-ci bəndə “6.2.6-cı” sözlərindən sonra “,12.0.20-ci” sözləri əlavə edilsin;
5.2. 2.3-cü bənd ləğv edilsin.
6. “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 30 oktyabr tarixli 177 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 10, maddə 790 (Cild I) 2.2-ci bəndindən “9-1.2-ci maddəsində və” sözləri çıxarılsın.
7. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 22 oktyabr tarixli 770-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 18 dekabr tarixli 50 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1517 (Cild I) 3-cü hissəsi ləğv edilsin.
8. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1436-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 455 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2612 (Cild I) 3-cü hissəsi ləğv edilsin.
9. “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 23 dekabr tarixli 757-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 30 oktyabr tarixli 177 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 fevral tarixli 2032 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 2, maddə 240 (Cild I) 1-ci hissəsi ləğv edilsin.
***
Prezident İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 323 (Cild I); 2024, № 1, maddə 31, № 3, maddə 257, № 5 (II kitab), maddələr 516, 518, № 9, maddə 999, № 12 (II kitab), maddə 1378) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1.1. 8.9-cu bənddə “fəaliyyətinin təşkilati” sözləri “maliyyə və digər maddi-texniki” sözləri ilə əvəz edilsin;
1.2. 9.20-ci, 9.21-ci və 10.10–10.14-cü bəndlər ləğv edilsin;
1.3. 16.4-cü bənddən “, habelə müvafiq məhkəmə aparatlarının” sözləri çıxarılsın və həmin bəndə “təsdiq edir” sözlərindən sonra “, habelə müvafiq məhkəmə aparatlarının xərclər smetasını müəyyən edir” sözləri əlavə edilsin.
2. “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli 604 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 604 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 5.4.3-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 5.5-ci bənd əlavə edilsin:
“5.5. ədalət mühakiməsinin əlçatanlığını və şəffaflığını daha da artırmaq məqsədilə:
5.5.1. “Elektron məhkəmə” informasiya sistemində dərc edilən məhkəmə qərarları üzrə müxtəlif meyarlar əsasında effektiv axtarış aparmaq üçün müvafiq funksional imkan yaradılması üçün tədbirlər görsün;
5.5.2. fiziki və hüquqi şəxslərin “Elektron məhkəmə” informasiya sistemindən istifadəsinin təşviqi üçün tədbirlər görsün.”;
2.2. 7.5-ci bənd ləğv edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 2, maddə 104 (Cild I) ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”na aşağıdakı məzmunda 2.1.8-2-ci yarımbənd əlavə edilsin:
“2.1.8-2. Məhkəmə-Hüquq Şurası;”.
4. “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 685 (Cild I); 2024, № 6 (I kitab), maddə 654, № 8, maddə 937) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 3-cü hissəyə “Ali Məhkəməsinə” sözlərindən sonra “və Məhkəmə-Hüquq Şurasına” sözləri əlavə edilsin və həmin hissədən “və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın” sözləri çıxarılsın;
4.2. 6-cı hissə aşağıdakı redaksiyada verilsin:
“6. Məhkəmə-Hüquq Şurasına tövsiyə edilsin ki, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə “Elektron məhkəmə” informasiya sisteminin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görsün.”;
4.3. həmin Fərmanla təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə” üzrə:
4.3.1. 1.4-cü bənddə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin” sözləri “Məhkəmə-Hüquq Şurasının” sözləri ilə əvəz edilsin;
4.3.2. 2.1.3-cü yarımbənddə “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi” sözləri “Məhkəmə-Hüquq Şurası” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1206 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (I kitab), maddə 1468 (Cild I); 2024, № 6 (I kitab), maddə 654) ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsisteminə inteqrasiya olunacaq dövlət orqanlarının (qurumlarının) və digər aidiyyəti qurumların informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
5.1. 3.3-cü bənd ləğv edilsin;
5.2. aşağıdakı məzmunda on birinci hissə əlavə edilsin:
Məhkəmə-Hüquq Şurası üzrə
11.1. “Elektron məhkəmə” informasiya sistemi
6. “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 fevral tarixli 268 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 156 (Cild I) 3-cü hissəsi ləğv edilsin.
***
Prezident İlham Əliyev “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 11, maddə 1510 (Cild I); 2024, № 7, maddə 821, № 9, maddə 1005, № 11, maddə 1205; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 20 fevral tarixli 337 nömrəli Fərmanı) 4-cü hissəsində “146” rəqəmləri “164” rəqəmləri ilə, “51” rəqəmləri “57” rəqəmləri ilə və “95” rəqəmləri “107” rəqəmləri ilə əvəz edilsin

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki