image-50a0af21-2106-3c4f-9bdb-270160b3a670_850backend

KİV: Uitkoff Parisdə “Mossad”ın rəhbəri ilə görüşüb

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Parisdə İsrailin “Mossad” kəşfiyyat xidmətinin rəhbəri David Barnea və İsrailin strateji planlaşdırma naziri Ron Dermerlə qeyri-rəsmi görüş keçirib.

Elchi.az  TASS-a istinadən xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Bildirilib ki, S.Uitkoff İsrail rəsmiləri ilə nüvə proqramı üzrə ABŞ-İran danışıqlarını müzakirə edib. Görüşdə Barnea və Dermer aprelin 19-da Romada İranla danışıqların ikinci raundundan əvvəl ABŞ-nin mövqeyinə təsir etməyə çalışıblar.

Məlumata görə, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-nin İranın nüvə proqramına dair 2015-ci il razılaşmasına bənzər saziş bağlaya biləcəyindən narahatlığını ifadə edib

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki