image-a99993fd-ac84-3b69-aa42-0ee63cfe8ce4_850backend

Aprelin əvvəlindən 80 mindən çox əfqan Pakistandan deportasiya edilib

Pakistan aprelin 1-dən etibarən Əfqanıstanın “məcburi deportasiya” adlandırdığı təşəbbüs çərçivəsində 80 mindən çox əfqanı repatriasiya edib.

Elchi.az xarici mətbuata istinadən xəbər verir ki, məlumatı Pakistanın Daxili İşlər Nazirliyinin müşaviri Talal Çaudhri təsdiqləyib.

O bildirib ki, 2023-cü ilin sonunda üç milyondan çox əfqan üçün başladılan Qanunsuz Əcnəbilərin Repatriasiyası Planının müddəti artıq uzadılmayacaq.

“Biz bütün əyalətlərə təlimatlar göndərmişik: əgər kimsə qanunsuz miqranta mağaza, ev və s. təqdim edərsə, o, məsuliyyətə cəlb olunacaq”, – T.Çaudhri qeyd edib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki