image-thumbs-b-c-f8f4a640695d26f6559e332b94c22b49-4backend

İran və ABŞ arasında nüvə danışıqları ilə bağlı flaş bəyanat…

İtaliyanın paytaxtı Romada İran və ABŞ arasında nüvə danışıqlarına başlamaq üçün danışıqların ikinci raundu öncəsi İran lideri Əli Xamneinin siyasi müşaviri və Məqsəd Şurasının üzvü Əli Şəmxani deyib ki, İran danışıqlara “təslim olmaq üçün deyil, balanslaşdırılmış razılaşma əldə etmək üçün” qoşulub.
Elchi.az xəbər verir ki, İtaliyanın paytaxtı Romada keçiriləcək İran və ABŞ arasında nüvə danışıqlarına başlamaq üçün danışıqların ikinci raundu ərəfəsində İran lideri Əli Xamneinin siyasi müşaviri və Məqsəd Şurasının üzvü Əli Şəmxani X sosial media platformasında paylaşdığı paylaşımda ölkəsinin ABŞ ilə danışıqlardan gözləntilərini açıqlayıb.
Əli Şəmxani yazısında iranlı müzakirəçilərin doqquz prinsip əsasında hərtərəfli razılaşma əldə etmək üçün tam səlahiyyətlə Romaya getdiyini bildirib və gözləntilərini belə sıralayıb:
“Ciddilik, zəmanət vermək, balanslı olmaq, Liviya/BƏƏ modelini tətbiq etməmək, sanksiyaları aradan qaldırmaq, təhdidlərdən qaçmaq, danışıqlarda sürətli olmaq, (İsrail kimi) fitnə-fəsad törədənləri nəzarət altında saxlamaq və investisiyaları asanlaşdırmaq”.
Şamxani İranın danışıqlara “təslim olmaq üçün deyil, balanslaşdırılmış razılaşma əldə etmək üçün” qoşulduğunu vurğulayıb.
İranın xarici işlər naziri Abbas Əraqçinin başçılıq etdiyi İran danışıqlar qrupu “dolayı” danışıqlarda iştirak etmək üçün bu gün səhər saatlarında Romaya gəlib.
Tərəflər arasında ilk dolayı görüş aprelin 12-də Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidinin vasitəçiliyi ilə Omanın paytaxtı Maskatda baş tutub.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki