image-2025-03-27t145646z_1669459301_rc2qldandoo8_rtrmadp_3_ukraine-crisis-europe-pic_32ratio_900x600-900x600-55883backend

Fransa ABŞ nümayəndələrinin Makronu necə alçaltdığını açıqladı

Siyasətçi Filippo: Trampın nümayəndələri Parisdəki danışıqlarda Makronu aşağıladılar.
Elchi.az xəbər verir ki, ABŞ rəsmiləri Fransa prezidenti Emmanuel Makronu Parisdə alçaldıb və Ukraynadakı münaqişənin həlli kontekstində ona “sülh dərsi verib”. Bu barədə Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippot X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində məlumat verib.
“Əslində, dünən onun üçün çox alçaldıcı bir gün idi (Makron – redaktorun qeydi): Trampın iki nümayəndəsi Parisin mərkəzində ona sülh dərsi keçib”, – o vurğulayıb.
Avropa ölkələri Ukrayna münaqişəsinin həlli üçün danışıqlar prosesinə qoşulub. Aprelin 17-də Parisdə müxtəlif iştirakçılarla, o cümlədən ABŞ, Avropa İttifaqının rəhbərləri, Böyük Britaniya, Ukrayna nümayəndə heyəti ilə görüşlər keçirilib. Yelisey Sarayı danışıqları “məhsuldar və konstruktiv” adlandırıb və Emmanuel Makron sülhə nail olmaq üçün “səyləri ikiqat artıracağına” söz verib. Dövlət Departamenti danışıqlarçılara və Rusiyaya “davamlı və uzunmüddətli sülhün konturlarını” çatdırıb və Moskva ABŞ-la təmasları davam etdirməyə hazır olduğunu bildirib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki