Bloomberg: Aİ rəsmiləri ABŞ-ı Rusiyaya qarşı mövqeyini sərtləşdirməyə inandırmağa çalışdılar.
Elchi.az xəbər verir ki, ABŞ nümayəndələri ilə görüşdə Aİ rəsmiləri Vaşinqtonu Rusiyaya qarşı mövqeyini sərtləşdirməyin zəruriliyinə inandırmaq istəyiblər. Bu barədə Bloomberg yazır.
Qeyd olunur ki, Avropa rəsmiləri ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiya prezidenti Vladimir Putindən irəliləyiş əldə etməsə, hansı addımları nəzərdən keçirdiyini amerikalılardan da öyrənmək istəyib.
Aİ həmçinin ABŞ-ı “geniş miqyaslı” sanksiyalar paketi də daxil olmaqla, Moskvaya qarşı mövqeyini sərtləşdirməyin zəruriliyinə inandırmaq istəyirdi.
Aprelin 18-də ABŞ dövlət katibi Marko Rubio mətbuat konfransı zamanı bəyan edib ki, Ukrayna üzrə danışıqlar əbədi davam edə bilməz. O əlavə edib ki, Vaşinqton 3 ildir Kiyevi dəstəkləyib, lakin indi başqa bir şeyə diqqət yetirmək lazım olan məqama çatıb. Kreml bəyan edib ki, danışıqlarda müəyyən irəliləyiş var.
Şayəstə Hüseynova