image-thumbs-b-c-bb26e5a56b0af9e68ad88b9a382346b5backend

Kremldən tənqidi açıqlama: Enerji sazişi başa çatdı, Putindən yeni göstəriş yoxdur

Kremlin sözçüsü Dmitri Peskov Rusiya ilə ABŞ arasında enerji elementlərinə qarşı hücumların 30 gün müddətinə dayandırılması ilə bağlı 18 mart tarixindən etibarən razılaşmanın müddətinin bitdiyini bildirərək, “Rusiya prezidenti Vladimir Putin bu mövzuda yeni göstəriş verməyib” deyib.
Elchi.az xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb.
ABŞ prezidenti Donald Trampın “Ukraynadakı atəşkəslə bağlı Rusiyadan bu həftə cavab gözləyirik” açıqlamasını dəyərləndirən Peskov, Ukrayna böhranı ilə bağlı danışıqların “çətin” olduğunu ifadə edərək, “Rusiya böhranı həll etməyə və öz maraqlarını təmin etməyə çalışır. Biz dialoqa açığıq” deyib.
Bu böhranın həlli üçün bəzi işlərin görüldüyünü deyən Peskov, “Ancaq hələ görüləcək çox şey var” – ifadəsini işlədib.
Mətbuat katibi Peskov qeyd edib ki, həftə ərzində Putin və Tramp arasında heç bir təmas planlaşdırılmayıb.
“Avropadan heç bir sülh çağırışı eşitmirik”
Avropanın Ukrayna böhranına yanaşmasını şərh edən Peskov, “Avropadan sülhün bərqərar olması üçün heç bir çağırış eşitmirik. Əksinə, Avropa və Ukraynanın hərbiləşdirilməsi çağırışları var. Bunun böhranın həllinə kömək edəcəyini düşünmürük” deyib.
Putinin dünən İran xarici işlər naziri Abbas Erakçini qəbul etdiyini qeyd edən Peskov, Putinin Erakçi vasitəsilə İranın dini lideri Ayətullah Əli Xamneyiyə məktub göndərdiyi barədə məlumatı paylaşıb.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki