ABŞ müttəfiqlərinə Ukraynada nizamlama planını təqdim edib.
Elchi.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Avropa rəsmilərinə istinadən məlumat yayıb.
Plan Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını və münaqişənin “dondurulması”nı nəzərdə tutur.
ABŞ-nin müttəfiqlərinə təqdim edilən təkliflər döyüşlərin başa çatması və uzunmüddətli atəşkəs halında Moskvaya qarşı sanksiyaların yumşaldılması üçün ümumi şərtləri əhatə edir. ABŞ layihəsi münaqişənin “dondurulmasını” nəzərdə tutur.