image-kremlin-sarayi-sozcusu-dmitriy-peskov-abd-ile-temaslar-oldukca-karisik-lgksbackend

Peskov: “ABŞ ilə təmaslar olduqca mürəkkəbdir”

Kreml Sarayının sözçüsü Dmitri Peskov Ukrayna ilə müharibəni sona çatdıracaq atəşkəs razılaşmasında irəliləyişin əldə edildiyini söyləyərək, “ABŞ ilə təmaslar olduqca mürəkkəbdir. Çünki təbii olaraq məsələ asan məsələ deyil” dedi.
Elchi.az xəbər verir ki, Kreml Sarayının mətbuat katibi Dmitri Peskov bu gün keçirdiyi mətbuat konfransında Ukrayna ilə mümkün atəşkəs razılaşmasına toxunub. Ukrayna ilə müharibəni sona çatdıracaq atəşkəs razılaşması ilə bağlı irəliləyişlərin olduğunu deyən Peskov, “ABŞ ilə təmaslar olduqca mürəkkəbdir. Çünki təbii ki, məsələ asan məsələ deyil. Rusiya bu münaqişənin həllində, öz maraqlarını təmin etməkdə qərarlıdır və dialoqa açıqdır. Biz dialoqa açıq olmağa davam edirik” dedi.
Kremlin sözçüsü Peskov jurnalistlərin ABŞ-ın Ukraynada atəşkəs əldə etmək cəhdindən geri çəkilib-çəkilməyəcəyi ilə bağlı sualına “Bu, Vaşinqtonun işidir” deyib.
“Biz hesab edirik ki, artıq müəyyən irəliləyiş əldə olunub”, – deyən Peskov enerji infrastrukturuna hücumlara müvəqqəti moratoriumun elan edildiyini, lakin Ukraynanın buna əməl etmədiyini bildirib. “Buna görə də müəyyən irəliləyiş əldə olunub. Amma təbii ki, qarşıda hələ çox mürəkkəb müzakirələr var”, – Peskov izah edib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki