Amerikalı tədqiqatçılar qızdırıldıqda büzülən, sıxıldıqda isə genişlənən qeyri-adi material aşkar ediblər. Bu xüsusiyyətləri ilə, fizika qanunlarına zidd olan yeni material elektrik avtomobillərinin (EV) akkumulyatorlarını ilk günkü performansına qaytarmağa kömək edə bilər.
Elchi.az xəbər verir ki, Çikaqo Universitetinin Molekulyar Mühəndislik Məktəbi və San Dieqo Kaliforniya Universitetinin alimləri termodinamikanın əsas qanunlarına zidd davranış nümayiş etdirən yeni maddə sinfi kəşf ediblər.
Bu yeni kəşf edilmiş metastabil maddələr qızdırıldıqda həcmcə kiçilir və yüksək təzyiq altında genişlənir.
Tədqiqat qrupuna rəhbərlik edən Prof. Dr. “Biz bu materialların xassələrini redoks kimyası vasitəsilə tənzimləyə biləcəyimizi düşünürük. Bu, həqiqətən də maraqlı tətbiqlər aça bilər” dedi Shirley Meng. Araşdırmanın nəticələri Nature jurnalında dərc olunub.
Fizika qanunlarına zidd olan xüsusiyyətlər
Termodinamikanın qanunlarına görə, maddə qızdırıldıqda genişlənir, sıxıldıqda isə həcmi azalır. Lakin tədqiqatçılar bu qaydalara zidd davranan metastabil materiallar hazırlayıblar.
Prof. “Materialı qızdırdığınız zaman onun həcmi kiçilir. Bu olduqca qeyri-adi haldır” deyə Menq izah edib.
Maddənin bu davranışı təkcə fundamental elm üçün deyil, həm də tətbiqi texnologiyalar üçün inqilabi xarakter daşıyır.
Xüsusilə elektrikli avtomobil akkumulyatorlarının yenilənməsi, konstruktiv akkumulyator sistemləri və istiliyə davamlı materialların istehsalı kimi sahələrdə böyük imkanlar təqdim edir.
Şayəstə Hüseynova