ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ-ın daha yüksək tariflər tətbiq etməsindən sonra Amerika iqtisadiyyatında vəziyyət yaxşılaşır.
Elchi.az xəbər verir ki, bu barədə o, özünün “Truth Social” sosial şəbəkəsində yazıb.
Amerika liderinin sözlərinə görə, hazırda ABŞ tariflər şəklində rekord gəlir əldə edir. Bununla yanaşı, inflyasiya və demək olar ki, bütün məhsulların, o cümlədən benzin və ərzaq məhsullarının maya dəyəri aşağı düşür.
“Verilən vədlər, yerinə yetirilən vədlər”, – Tramp yazıb.
Aprelin 2-də ABŞ 185 ölkədən gələn mallara gömrük rüsumları tətbiq edib. Tramp daha sonra məsələ ilə bağlı Vaşinqtonla danışıqlara hazır olan 75 ölkəyə tarif artımını 90 gün müddətinə dayandırdığını bildirib. Bu ölkələr üçün hazırda 10% rüsum qüvvədədir.
Öz növbəsində, Çin də Trampın tariflərinə özünün 125% tarifləri və müəyyən faydalı qazıntıların tədarükü ilə bağlı məhdudiyyətlərlə cavab verdi. Qeyd olunur ki, Çinə münasibətdə yeni rüsumlar artıq qüvvədə olanlara əlavə edilib və ilkin olaraq 54%-ə çatıb.
Bununla belə, ABŞ 70-dən çox ölkəni Çinlə ticarət əlaqələrini məhdudlaşdırmağa razı salmağı planlaşdırır, bunun müqabilində idxal mallarına rüsumları azaltmağı təklif edir.
Bundan əvvəl “The Wall Street Journal” amerikalıların Trampın tarif siyasəti haqqında nə düşündüyünü öyrənib. Belə ki, respondentlərin 54%-i Trampın digər ölkələrdən idxal olunan mallara rüsum tətbiq etməsini dəstəkləməyib. Həmçinin ABŞ vətəndaşlarının 54%-i Ağ Ev rəhbərinin tətbiq etdiyi tariflərin ABŞ iqtisadiyyatına mənfi təsir etdiyini bildirib. Eyni zamanda 75% rüsumların alınan malların bahalaşmasına səbəb olacağını qeyd edib, benzin və enerjinin maya dəyərini tənqid edib.
Yeganə