image-thumbs-b-c-bb8bcdd9d45f580aeb03931188c09acdbackend

İsrailin müdafiə naziri: Qəzzadan çəkilməyəcəyik!

İsrailin müdafiə naziri Yisrael Katz İsrail ordusunun Suriya və Livanda olduğu kimi Qəzza zolağında da işğal etdikləri ərazilərdən geri çəkilməyəcəyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Nazir Katz, X hesabından verdiyi açıqlamada, Qəzzaya martın 18-də yenidən başlayan hücumlarda əsas məqsədlərinin oradakı israilli məhbusları xilas etmək olduğunu iddia edib.
Katz, Livan və Suriyada olduğu kimi Qəzzada da işğal etdikləri ərazilərdən “müvəqqəti və ya daimi olaraq geri çəkilməyəcəklərini” və söz mövzusu bölgələrin qurduqları “tampon zona”ya daxil ediləcəyini vurğulayıb.
İsrail ordusunun Qəzza zolağına hücumları səbəbiylə bu günə qədər yüz minlərlə fələstinlinin sürgün edildiyini xatırladan Katz Qəzzanın böyük bir hissəsinin “təhlükəsizlik zonası” adı altında işğal altında saxlandığını qeyd edib.
Nazir Katz bəyan edib ki, “humanitar yardımın Qəzza zolağına daxil olmasına icazə verilmir və gələcəkdə bunu özəl şirkətlər edə bilər”.
Nazir Katz deyir ki, Misir ilk dəfə HƏMAS-a silahı yerə qoymağı təklif edir
İsrailin müdafiə naziri Qəzzada atəşkəs və əsir mübadiləsinin vasitəçilərindən biri olan “Misir HƏMAS-ın tərksilahını danışıqlar masasına gətirən ilk ölkədir” deyib.
İsrailli məhbusların ailələri Katzı tənqid edir
Qəzza zolağında saxlanılan israilli məhbusların ailələri nazir Katzın əsas məqsədlərinin məhbusları xilas etmək olduğunu iddia edən açıqlamalarını “boş sözlər və vədlər” kimi tənqid ediblər.
İsrailli məhbusların ailələri qurduqları çətir platforması ilə bağlı verdiyi yazılı açıqlamada bu açıqlamaları veriblər:
“Yalan vədlərə və şüarlara son qoymağın vaxtıdır. Müharibənin davam etdirilməsi və eyni zamanda bütün qaçırılan kişi və qadınların azad edilməsi mümkün deyil”.
Ailələr İsrail hökumətinin Qəzzada saxlanılan məhbusları geri qaytarmaqdansa, “əraziləri ələ keçirməyə” üstünlük verdiyinə diqqət çəkib.
Qəzza zolağındakı israilli məhbus ailələri hökumətin martın 18-də Qəzzaya hücumları bərpa etmək qərarını tənqid edərək, atəşkəs və məhbus mübadiləsi razılaşmasının davam etdirilməsini tələb ediblər.
HƏMAS: Müqavimət silahları bizim qırmızı xəttimizdir
Əl-Cəzirə ilə danışan Həmas mənbələri Misirin təklifinə açıq şəkildə “Həmas silahı yerə qoyur” ifadəsinin yer almasından təəccübləndiklərini bildirmiş və bu şərti qəbul etməyəcəklərini Misir tərəfinə çatdırdıqlarını bildirmişlər.
HƏMAS liderlərindən Sami Əbu Zuhri Misirin təklifinə “Müqavimətin silahları milyon dəfə bizim qırmızı xəttimizdir və onların tərk edilməsi bir yana, dinlənilməsindən də söhbət gedə bilməz” deyə cavab verib. O, aşağıdakı ifadələrlə cavab verib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki