image-1566ca94-f9b0-318c-a1f4-5d6677b82950_850backend

Zaxarova: Fransa öz maraqları naminə Cənubi Qafqazda sabitliyi hər vasitə ilə pozmağa çalışır

Fransa Cənubi Qafqazda gərginliyi artırmaq niyyətini dəfələrlə nümayiş etdirib.

Elchi.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə qeyd edib.

Onun sözlərinə görə, rəsmi Paris öz geosiyasi məqsədlərinə çatmaq üçün Cənubi Qafqazda gərginliyin saxlanılmasında maraqlıdır.

“Bizim (rəsmi Moskva) Parisin Cənubi Qafqazda guya xoş niyyətləri barədə verdiyi təminatlara dair heç bir illüziyamız yoxdur. Dəfələrlə məhz Yelisey sarayının Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsi bahasına vasitəçilik səylərini qəbul etdirmək cəhdlərinin şahidi olmuşuq. Avropa İttifaqının Ermənistanda əsl məqsədlərinin nə olduğu bizə çox yaxşı məlumdur. Onların Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına kömək etmək vəzifəsi ilə heç bir bağlılığı yoxdur”, – o deyib.

“Aİ nümayəndələrini monitor casusları adlandırmaq olar. Onlar həm daxildə, həm də xaricdə Ermənistanla qonşu olan bütün ölkələrə qarşı işləyirlər”, – o bildirib.

Parisin Ermənistanda Aİ missiyasının genişləndirilməsinin məqsədəuyğunluğu ilə bağlı bəyanatını şərh edən M.Zaxarova bildirib ki, Ermənistan-Azərbaycan sərhədində atışma missiyanın bölgədə sülhə töhfə vermədiyini göstərir.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki