Avropa Obezitenin Tədqiqi Assosiasiyasının apardığı yeni araşdırmaya görə, gündəlik həyatda tez-tez istehlak edilən qidalardan yüksək miqdarda natrium, xüsusilə də qadınlarda ümumi və qarın bölgəsində piylənmə riskini əhəmiyyətli dərəcədə artırır.
Elchi.az xəbər verir ki, Avropa Obezite Konqresində (ECO 2025) təqdim olunacaq araşdırma duz istehlakı ilə piylənmə arasında güclü əlaqəyə diqqət çəkir.
Tədqiqat Finlandiya Sağlamlıq və Rifah İnstitutundan Annika Santalahti və onun komandası tərəfindən aparılıb.
Gizli duz təhlükəsi: Gündəlik qidalardan alınan natrium piylənməyə səbəb olur
Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) görə, piylənmə bədən kütləsi indeksinin (BKİ) 30 kq/m² və yuxarı olması kimi müəyyən edilir.
Abdominal piylənmə daxili orqanlar ətrafında artıq yağ yığılması ilə ölçülür və daha çox ürək-damar xəstəlikləri riski daşıyır.
Finlandiyada natrium istehlakı 1970-ci illərdə pik həddinə çatdıqdan sonra azalsa da, 2007-ci ildən bu yana sabit qalıb.
Mütəxəssislər vurğulayırlar ki, yüksək natrium qəbulu təkcə “sağlam qidalar” deyil, həm də işlənmiş ət məhsulları, çörək və pendir kimi gündəlik qidalardan qaynaqlanır.
Tədqiqat qrupu fərdi tədbirlərin kifayət etmədiyini və cəmiyyət səviyyəsində dəyişikliklərin yalnız qida sektoru ilə əməkdaşlıqda mümkün olduğunu bildirir.
Qadınlar daha yüksək risk altındadır
2017-ci il milli FinHealth araşdırmasının məlumatlarına görə, qadınlarda gündəlik duz istehlakı ÜST-nin tövsiyə etdiyi gündəlik 5 qramlıq limitdən demək olar ki, iki dəfə, kişilərdə isə üç dəfə çox idi.
Statistik modelləşdirmə ilə dəstəklənən tapıntılara görə, ən çox natrium istehlak edən qrupdakı qadınların ümumi piylənmə riski ən aşağı qrupdakı qadınlarla müqayisədə 4,3 dəfə, qarın boşluğunda piylənmə riski isə 3,4 dəfə yüksəkdir.
Sidik nümunələrindən alınan natrium dəyərləri də oxşar nəticələr verdi.
Kişilərdə, sidik nümunələrinə əsaslanan qiymətləndirmədə, ən yüksək natrium qrupunda olan fərdlərdə ümumi piylənmə riskinin 6 dəfə, qarın piylənmə riskinin isə 4,7 dəfə yüksək olduğu müəyyən edilmişdir.
Şayəstə Hüseynova