Rusiya Prezidenti Vladimir Putin Kremldə İranın xarici işlər naziri Abbas Əraqçini qəbul edib.
Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Putin Moskvada səfərdə olan İranın xarici işlər naziri Abbas Əraqçini bu gün Kremldə qəbul edib”, – o deyib.
Məlumat üçün bildirək ki, Əraqçinin Moskvaya səfərinin əsas məqsədi ikitərəfli münasibətlərin təşviqi, regional əməkdaşlıq və beynəlxalq arenada qarşılıqlı fəaliyyəti genişləndirməkdir. Həmçinin İranın nüvə proqramı ilə bağlı Tehran və Vaşinqton arasındakı danışıqların gedişi də müzakirə oluna bilər. Əraqçinin özü daha əvvəl İranın ali dini lideri Əli Xameneidən Putinə mesaj çatdırmağı planlaşdırdığını söyləmişdi.
Qeyd edək ki, Peskov görüşün təfərrüatlarını açıqlamayıb.