Rusiya Müdafiə Nazirliyi Ukrayna qoşunlarının Rusiya ərazisinə daxil olan Kursk vilayətindəki Olesnya qəsəbəsini geri aldığını açıqlayıb.
Elchi.az xəbər verir ki, Nazirlikdən verilən açıqlamada Rusiya ordusunun Kursk bölgəsindəki fəaliyyəti ilə bağlı məlumat paylaşılıb.
Rusiya əsgərlərinin bölgədəki Ukrayna əsgərlərinə qarşı hücumlarını davam etdirdiyi bildirilən açıqlamada, “Şimal Hərbi Qrupu bölmələrinin aktiv hərəkətləri nəticəsində bölgədəki Olesnya qəsəbəsi azad edilib”- ifadəsindən istifadə edilmişdir.
Açıqlamada qeyd olunub ki, Ukrayna ordusu 2024-cü ilin avqust ayından bu yana Kursk istiqamətində təxminən 75 170 əsgər, 411 tank, 335 piyada döyüş maşını, 307 zirehli transportyor və 2 280 zirehli texnika itirib.
6 avqust 2024-cü ildə Ukrayna əsgərlərinin Rusiyanın Kursk ərazisinə daxil olmasından sonra iki ölkə ordusu arasında başlayan qarşıdurmalar davam edir.
Nuranə Məmmədova