image-thumbs-b-c-876c03d92e539aebec050ecfe852eae1backend

Rusiya: Ukrayna son 24 saat ərzində enerji infrastrukturumuza 5 hücum edib

Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukrayna ABŞ-la əldə olunan razılaşmaya baxmayaraq, son 24 saat ərzində enerji infrastrukturuna 5 dəfə hücum edib.
xəbər verir ki, Nazirlik açıqlamasında bildirib ki, Ukrayna ordusu son 24 saat ərzində Rusiyanın Bryansk və Kursk ərazilərində, eləcə də ilhaq olunmuş Luqansk vilayətlərində enerji infrastrukturu obyektlərinə hücum edib.
Hücum nəticəsində bu bölgələrdəki bəzi yaşayış məntəqələrində elektrik enerjisinin kəsildiyi vurğulanan bəyanatda deyilir: “Ukrayna Silahlı Qüvvələri son 24 saat ərzində Rusiyanın enerji infrastrukturu elementlərinə 5 dəfə hücum edib. Kiyev rəhbərliyi Rusiya ilə ABŞ arasında martın 38-də enerji elementlərinə hücumların dayandırılması ilə bağlı razılaşmanı pozaraq, Rusiyanın enerji infrastrukturuna birtərəfli hücuma davam edir .”
ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında martın 18-də keçirilən görüşdən sonra Rusiya və Ukraynanın enerji və infrastruktur obyektlərinə hücumları 30 gün müddətinə dayandırmaq barədə razılığa gəldiyi açıqlanıb.
Lakin razılaşmaya baxmayaraq, Moskva və Kiyev bir-birini enerji və infrastruktur obyektlərinə qarşılıqlı hücumları davam etdirməkdə ittiham edir.\

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki