Gələn il Azərbaycanda iqtisadi artımın 3,2% olacağı proqnozlaşdırılıb.
Elchi.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, 2027-2028-ci illərdə ölkədə iqtisadi artım 3,6%, 2029-cu ildə isə 4,1% müəyyən edilib.
Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,8 faiz, qeyri-neft/qaz ÜDM-in 5,1 faiz olacağı proqnozlaşdırılır. 2025-ci ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 1,2 faiz artacağı proqnozlaşdırılır.
Proqnozlara əsasən 2026-cı ilin sonuna ÜDM-in həcminin 135,7 milyard manat, o cümlədən qeyri-neft/qaz ÜDM-in həcmi 101,3 milyard manat təşkil edəcəyi, 2029-cu ildə isə ÜDM-in 162,6 milyard manata qədər, o cümlədən qeyri-neft/qaz ÜDM-in həcmi 129,1 milyard manata qədər artacağı gözlənilir.