ABŞ-nin tətbiq etdiyi rüsumlar səbəbindən Sinqapurda resessiya riskləri və yaşayış xərclərinin artması ilə bağlı narahatlıqlar fonunda mayın 3-də milli seçkilər keçiriləcək.
Elchi.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Sinqapur Seçki Komissiyası seçki tarixini aprelin 15-də elan edib.
Səsvermə baş nazir Lourens Vonq üçün ilk seçki sınağı olacaq.
“Biz dünyada dərin dəyişikliklər müşahidə edirik. O, getdikcə daha qeyri-müəyyən, narahat və hətta qeyri-sabit xarakter alır. Son onilliklərdə Sinqapurun uğuruna töhfə verən qlobal şərtlər artıq qorunmaya bilər. Məhz buna görə də mən bu ümumi seçkiləri təyin etdim. Bu kritik məqamda sinqapurlular ölkəmizi irəli aparacaq komandanı seçməlidirlər”, – o, sosial şəbəkələrdə yazıb.
Seçkilər bədbin iqtisadi proqnozlar fonunda keçiriləcək: ABŞ Prezidenti Donald Trampın təklif etdiyi rüsumlar Sinqapurun ixracyönümlü iqtisadiyyatına zərbə vura bilər.