Çin hakimiyyəti ABŞ ilə ticarət müharibəsi çərçivəsində öz aviaşirkətlərinə “Boeing” təyyarələrinin, həmçinin onlar üçün avadanlıq və hissələrin alınmasını qadağan edib.
Elchi.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi yazıb.
Çin hökuməti “Boeing” təyyarələrini lizinqə götürən aviaşirkətlərə yardım variantlarını nəzərdən keçirir. Təxminən 10 ədəd “Boeing 737 Max” təyyarəsinin Çin aviaşirkətlərinin parkına təhvil verilməsinə hazırlıq gedir.
Daha əvvəl ABŞ Çindən idxal olunan məhsullara tətbiq edilən rüsumun ümumi həcmini 145 %-ə qədər artırıb. Çin buna cavab olaraq aprelin 12-dən ABŞ mallarına rüsumları 84 %-dən 125 %-ə qaldırıb.