image-maldivlerbackend

Maldiv adaları İsrail pasportu olanların ölkəyə girişini qadağan edir

Maldiv adaları İsrail pasportu olanların ölkəyə girişini qadağan edir.
Elchi.az xəbər verir ki, Maldiv adalarının prezidenti Muhammed Muizzu Facebook hesabında məsələ ilə bağlı açıqlama verib.
Sözügedən qanunun təsdiq edildiyini ifadə edən Muizzu, ” İsrail pasportu olan şəxslərin Maldiv adalarına girişi qadağandır”- ifadəsini işlədib.
Muizzu, bu addımın ölkənin İsrailin Fələstində davam edən zülmünə qarşı mövqeyini göstərdiyini ifadə edərək, Maldiv adalarının Fələstin xalqı ilə həmrəy olduğunu vurğulayıb.
Maldiv adalarında İsrail vətəndaşlarının ölkəyə girişinin qarşısını almaq üçün keçirilən nümayişlərdən sonra İsrail pasportu sahiblərinin Maldiv adalarına girişinə mane olan qanun ana müxalifət olan Maldiv Demokratik Partiyası (MDP) tərəfindən Nazirlər Şurasına təqdim edilib və parlamentdə səs çoxluğu ilə təsdiqlənib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki