Şimali Amerikanın Hava Hücumundan Müdafiə (HHM) Komandanlığı (NORAD) Alyaska sahilləri yaxınlığında beynəlxalq hava məkanında Rusiya hərbi təyyarəsinin uçuşunu aşkar edib.
Elchi.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə komandanlığın bəyanatında bildirilib.
“NORAD 2025-ci il aprelin 14-də Alyaskanın Hava Hücumundan Müdafiə İdentifikasiya Zonasında (ADIZ) uçan Rusiya hərbi təyyarəsini aşkar edərək izləyib. Rusiya təyyarəsi beynəlxalq hava məkanında qalıb. O, ABŞ və ya Kanadanın suveren hava məkanına daxil olmayıb”, – məlumatda bildirilib.
Eyni zamanda qeyd olunub ki, ABŞ Rusiyanın Alyaska yaxınlığındakı beynəlxalq hava məkanında fəaliyyətini təhdid kimi qiymətləndirmir.
Xavər