image-1440x810_cmsv2_926af9fa-34bf-5143-951a-c7e7f4687875-7799792backend

Polşa sərhədlərin mühafizəsində Xorvatiyaya dəstək verməyə hazırdır

Polşa prezidenti Anjey Duda bildirib ki, ölkəsinin yaxşı təchiz edilmiş və təlim keçmiş sərhəd polisi lazım gələrsə, Xorvatiyaya sərhədlərinin qorunmasında kömək etməyə hazırdır.
Elchi.az xəbər verir ki, Duda rəsmi səfərdə olduğu Xorvatiyanın paytaxtı Zaqrebdə həmkarı Zoran Milanoviçlə birgə mətbuat konfransı keçirib.
Duda NATO çərçivəsində Polşada olan xorvat əsgərlərə təşəkkür edərək , “Həmkarımdan zamanla Xorvat əsgərlərinin sayını artırmasını xahiş etdim” – deyə bildirib.
“Mən çatdırdım ki, Polşa Xorvatiyaya sərhədlərinin qorunmasında dəstəyə ehtiyacı olarsa, ona kömək etməyə hazırdır. Hesab edirəm ki, bu, həm də NATO çərçivəsində bizim məsuliyyətimizdir. Sərhəd polisi hərbi struktur deyil, lakin sizə lazım olanda, yaxşı təchiz olunmuş və təlim keçmiş Polşa sərhəd polisi hər zaman kömək etməyə hazırdır”, – Andjey Duda deyib.
Ukrayna-Rusiya müharibəsində Xorvatiya ilə eyni mövqedə olduğunu deyən Duda, “Arzumuz müharibənin ədalətli və davamlı sülhlə bitməsidir. Bu, NATO-nun şərqi və Avropa ölkələrinin sülh içində yaşayacağı və müharibənin Ukraynaya bir daha dönməyəcəyi anlamına gəlməlidir” qiymətləndirməsi aparıb.
Xorvatiya prezidenti Milanoviç də Polşa ilə yaxşı dostluq və əlaqələrə malik olduqlarını ifadə edərək, “Xorvatiya NATO müttəfiqlərinə sadiq bir ölkədir, lakin o, hər şeyin soyuq və naməlum bir dünya olduğunu düşünür. Ona görə də baş verənləri müşahidə etməyin və müdaxilə etməməyin tərəfdarıdır.”
Polşanın da ölkəsi kimi Ukraynadakı missiyalara əsgər göndərilməməsinin tərəfdarı olduğunu ifadə edən Milanoviç, “Təəssüf ki, Ukraynadakı müharibə ədalətli bitməyəcək. Avropanın müdafiəyə daha çox xərcləməsi lazım olacaq” – ifadəsini işlədib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki