image-2025-04-04t180213z_1513864570_rc24rda9hvez_rtrmadp_3_ukraine-crisis-zelenskiy-pic_32ratio_900x600-900x600-63295backend

Zelenski Rusiya ilə danışıqlara qarşı çıxıb

Zelenski Rusiya ilə danışıqlara qarşı çıxıb və Moskvaya etimadsızlığını bəyan edib.
Elchi.az xəbər verir ki, Ukrayna lideri Vladimir Zelenski Rusiya ilə danışıqlara qarşı çıxıb və deyib ki, Kiyev Moskvaya “etibar edə bilməz”. O, bu barədə CBS telekanalına müsahibəsində bildirib.
“Biz Rusiyaya etibar edə bilmərik. Məsələ ondadır ki, biz Rusiya ilə danışıqlara etibar edə bilmərik”.
Eyni zamanda, Zelenski ABŞ-ın münaqişədə bitərəf qalmaq istəyini yanlış hesab etdiyini bildirib. Ukrayna liderinin sözlərinə görə, ABŞ-da prezident Donald Trampın rəhbərliyi altında “Rusiya rəvayətləri üstünlük təşkil edir”.
Bundan əvvəl Zelenski Trampı Ukraynaya dəvət edib. Ukrayna prezidenti əlavə edib ki, Tramp Ukraynaya səfərindən sonra Rusiyanın guya Ukraynaya nə “etdiyini” başa düşəcək.
Öz növbəsində Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski qeyd edib ki, Rusiya Federasiyası ilə ABŞ arasında Ukrayna üzrə danışıqlar yalnız ikitərəfli formatda davam edir.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki