image-176ff8ab-0f9e-3485-94b5-1534b82d3628_850backend

Sloveniya XİN başçısı Azərbaycan və Ermənistana səfər edəcək

Sloveniyanın xarici işlər naziri Tanya Fayon Azərbaycan və Ermənistana səfər edəcək.

Elchi.az xəbər verir ki, bu barədə STA agentliyi məlumat yayıb.

Azərbaycana səfəri zamanı o, Baş nazir Əli Əsədov, xarici işlər naziri Ceyhun Bayramov və parlamentin sədri Sahibə Qafarova ilə danışıqlar aparacaq.

T.Fayon Bakı və İrəvan arasında sülh sazişinin imzalanması məsələsini, eləcə də enerji sahəsində əməkdaşlığı müzakirə edəcək.

XİN başçısı həmçinin iqtisadi əməkdaşlıq üzrə işçi qrupunun birinci iclasında və biznes forumda iştirak edəcək.

O, bu gün Ermənistana ikigünlük səfərə gedəcək, aprelin 17-də isə Azərbaycana gələcək.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki