Çəkisi 5 kq-dan çox və hündürlüyü 55 sm olan əl istehsalı Pasxa yumurtası Böyük Britaniyada ən bahalı yumurta kimi satışa çıxarılıb.
Elchi.az xəbər verir ki, Harroqeytdə şokoladçılar və tort bəzəkçiləri tərəfindən sifariş əsasında hazırlanan “Bettys Grande” Pasxa yumurtası 31.000 kaloridir.
395 funt sterlinq dəyərində olan yumurta, qiymətli Venesuela criollo kakao paxlasından istehsal edilən İsveçrə Grand Cru şokoladından hazırlanır. O, əllə oyulmuş gövdələrlə, primrozlar, nərgizlər və pansies də daxil olmaqla müxtəlif yaz çiçəkləri və yarpaqları ilə bəzədilib. Yumurtanın çəkisi 5,4 kq – orta ev pişiyindən çoxdur.
Yeganə