image-img_8841backend

Çin bu il Rusiyadan LNG alışını artıracaq

Çinin Rusiyadakı səfiri Zhang Hanhui Avrasiya Neft və Qaz Forumunda jurnalistlərə açıqlamasında bildirib ki, Rusiyada mayeləşdirilmiş təbii qaz (LNG) almaq istəyənlərin sayı çoxdur.

Elchi.az xəbər verir ki, “TASS”ın verdiyi xəbərə görə, səfirin sözlərinə görə, alıcılar diplomatik nümayəndəliyə Rusiya tədarükçüləri ilə əlaqə yaratmağa kömək etmək xahişi ilə müraciət ediblər.

O, 2025-ci ildə tədarükün həcminin artacağı ilə bağlı fikirlərini bildirib.Səfir həmçinin qeyd edib ki, Rusiya Federasiyası və Çində enerji resursları üçün ödənişlər aparılarkən ödənişlərin 90%-i rubl və yuanla həyata keçirilir.

Eyni zamanda, Hanhui izah edib ki, Rusiyadan Çinə Qazaxıstan vasitəsilə qaz nəqlini təşkil etmək mümkün deyil, çünki burada cəmi bir qaz kəməri var və o, qazı Türkmənistandan Çinə və Çin qaz hasilatı sahələrindən nəql edir və buna görə də sıxlıq yaranıb.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki