image-lgbtbackend

Macarıstanda LGBT fəaliyyəti qadağan edilib

Macarıstanda parlament ölkədə uşaqların inkişafı və ictimai asayiş üçün LGBT-nin bütün fəaliyyətini qadağan edən konstitusiya dəyişikliyini təsdiq edərək ölkədə yalnız kişi və qadın cinslərinin tanınacağını bəyan edib.
Elchi.az xəbər verir ki,  Macarıstan Parlamenti baş nazir Viktor Orbanın tələbi ilə LGBT şəxslərin təşkil etdiyi nümayişləri və bütün əlaqədar tədbirləri qadağan edən konstitusiya dəyişikliyini müzakirə etmək üçün toplanıb.
Parlamentdə keçirilən səsvermədə 140 deputat 21 “xeyr” səsinə “hə” səs verib və ölkədə uşaqların inkişafı və ictimai asayiş naminə LGBT-nin bütün fəaliyyətini qadağan edən konstitusiya dəyişikliyi qəbul edilib.
Macarıstanda parlament həmçinin ölkədə yalnız kişi və qadın bioloji cinslərinin tanınacağını açıqlayıb.
Orban, X sosial media hesabında etdiyi paylaşımda parlamentin verdiyi qərarı müsbət qarşıladığını ifadə edərək, “Macarıstanda konstitusiya dəyişikliyi qanuna çevrildi. Biz uşaqların inkişafını qoruyuruq. Fərdlərin kişi və ya qadın doğulduğunu müdafiə edirik. Macarıstanda sağlam düşüncə vacibdir” deyə ifadələrdən istifadə edib.
Martın 18-də Orbanın səsverməsindən sonra parlamentdə LGBT yürüşləri qadağan edildi.
Bu arada, Macarıstan 2020-ci ildə cinsin dəyişdirilməsini qadağan etdi, konstitusiyasına yalnız qadınların ana, kişilərin isə ata olmasına icazə verən dəyişikliklər etdi.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki