Fələstin İnsan Haqları Mərkəzi İsrailin martın 18-i səhər Qəzza zolağına şiddətli hücumlarından sonra 595 uşaq və 308 qadını öldürdüyünü bildirib.
Elchi.az xəbər verir ki, 2023-cü il oktyabrın 7-dən etibarən uşaq ölümlərinin ümumi sayı 18 044 nəfərə, qadın ölümlərinin sayı isə 12 402 nəfərə yüksəlib.
Bəyanatda 2025-ci il yanvarın 19-da başlayan atəşkəs prosesində belə soyqırım cinayətlərinin tam dayanmadığı və bu prosesin yavaş-yavaş insanların ölümünə səbəb olan kövrək atəşkəs kölgəsi altında davam etdiyi bildirilib.
“Dünyanın Qəzzada baş verənlərin soyqırım olduğunu açıq şəkildə qəbul etməsi üçün daha nə qədər uşaq və qadının öldürülməsinə ehtiyac var? Təxminən 18 min uşağın və 13 min qadının qətlə yetirilməsinə beynəlxalq ictimaiyyət tərəfindən hələ də açıq-aşkar qınaq olmaması faktı böyük mənəvi və insani ayıbdır”, – Qəzzadakı İnsan Hüquqları Mərkəzinin direktoru Raje əl-Surani bildirib.
Yanvarın 19-da Qəzza zolağında qüvvəyə minən atəşkəsdən sonra İsrail ordusu martın 18-i səhər saatlarında şiddətli hücumlarını bərpa edib.
İsrail ordusu yenidən hücumlara başladıqdan sonra əksəriyyəti qoca, qadın və uşaq olmaqla 1783 fələstinli həyatını itirib, 4683 nəfər isə yaralanıb.
İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı 51 min 157, yaralıların sayı isə 116 min 724-ə yüksəlib.
Yeganə