image-53ddda9a-9ce1-36d3-9610-98d99a872f00_850backend

Cənubi Koreya ABŞ-yə tariflərlə cavab verməyəcək

Koreya Respublikası (KR) ABŞ-nin ötən əsrdə ölkəyə göstərdiyi yardıma görə minnətdarlıq məqsədilə bu ölkə mallarına cavab rüsumları tətbiq etməyəcək.

Elchi.az – ın xəbərinə görə, bunu Koreya Respublikası Prezidentinin səlahiyyətlərini icra edən baş nazir Xan Dok Su Böyük Britaniyanın “Financial Times” (FT) qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Koreya Müharibəsindən sonra texnologiya transferi, investisiya və təhlükəsizlik zəmanəti şəklində ABŞ yardımı respublikaya xarici investisiyalar üçün cəlbedici mühit yaratmağa kömək edib.

“Sənaye və maliyyə inkişafındakı nailiyyətlərimiz, mədəniyyətimiz, böyüməmiz və sərvətimiz əsasən ABŞ-nin köməyi ilə bağlıdır”, – Xan Dok Su deyib.

Onun fikrincə, Koreya hökuməti ABŞ-nin tədbirlərinə qarşı mübarizə aparmaq barədə düşünməkdənsə, danışıqlar yolu ilə qarşılıqlı faydalı həll yolu tapmağa çalışmaq niyyətindədir.

Siyasətçi danışıqlara baxmayaraq, milli iqtisadiyyatın müəyyən sektorlarının bəzi problemlər yaşaya biləcəyini etiraf edib. Lakin o, ikitərəfli ticarətin daha geniş liberallaşdırılmasının Koreya xalqının rifahının yaxşılaşdırılmasına kömək edəcəyini bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp aprelin 2-də 185 ölkə və ərazinin mallarına gömrük rüsumunun tətbiq ediləcəyini açıqlamışdı. Koreya Respublikası ilə ABŞ arasında azad ticarət sazişi mövcuddur.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki