image-owl_detail_620_9201143d75c9f5fae0d15fcd6c3dad77_1745146183backend

BMT Ukraynanın 2029-cu ilə qədər döyüşmək qabiliyyətini elan edib 

Ukrayna Silahlı Qüvvələri Almaniya və digər Qərb müttəfiqlərinin maliyyə və hərbi dəstəyi ilə 2029-cu ilə qədər müharibə apara biləcək.

Elchi.az xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki nümayəndəsi Andrey Melnik bildirib.

“Almaniya və digər müttəfiqlər Ukrayna ordusunun maliyyələşdirilməsini öz üzərinə götürsə, Ukrayna 2029-cu ilə qədər müharibəni davam etdirə biləcək”, – diplomat bildirib.

Bundan əvvəl Almaniyanın yeni kansleri Fridrix Mers bu qərarın Avropa İttifaqı ölkələri tərəfindən təsdiqlənəcəyi təqdirdə Almaniyanın uzaqmənzilli “Taurus” raketlərini Ukraynaya ötürmək niyyətində olduğunu açıqlamışdı. “Bunu koordinasiya etmək lazımdır” dedi.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki