image-8d668060-6e2d-32cf-b73d-44d1f4af9789_850backend

KİV: Çin qeyri-nüvə hidrogen bombasının uğurlu sınağını keçirib

Çinli tədqiqatçılar heç bir nüvə materialından istifadə etməyən hidrogen əsaslı partlayıcı qurğunu uğurla sınaqdan keçiriblər.

Elchi.az xəbər verir ki, bu barədə “South China Morning Post” (SCMP) qəzeti yazıb.

Nəşrin yazdığına görə, nəzarət olunan sahə sınaqları zamanı dağıdıcı kimyəvi zəncirvari reaksiya meydana çıxa bilib.

Bildirilib ki, qurğunu Çin Dövlət Gəmiqayırma Korporasiyasının (CSSC) 705 Araşdırma İnstitutu hazırlayıb. Bu bomba maqnezium hidrid adlı kimyəvi birləşmədən istifadə edir. İki kiloqramlıq cihazın sınaq partlaması zamanı temperaturu 1 000 dərəcə Selsidən çox olan alov topu yaradılıb.

Qəzet CSSC elmi əməkdaş Van Xyuefenin rəhbərlik etdiyi layihə müəlliflərinin hesabatından sitat gətirir: “Adi partlayıcılarla aktivləşdirildikdə maqnezium hidrid sürətli termal parçalanmaya məruz qaldı, hidrogen qazını buraxdı və alovlandı”. Qurğunun yaradıcılarının fikrincə, bu kombinasiya partlayışın intensivliyinə dəqiq nəzarət etməyə, geniş ərazidə hədəflərin vahid şəkildə məhv edilməsinə asanlıqla nail olmağa imkan verir.

Bununla belə, nəşr qeyd edir ki, Xalq Azadlıq Ordusunun bu cür silahlardan istifadə etmək niyyətində olub-olmadığı və ya necə istifadə olunacağı hələ aydın deyil.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki